Bu gün ticarətyönümlü önəmli sənədlər imzalandı. Eyni zamanda, KOBİA-nın Belarusun Əmtəə Birjası ilə imzaladığı sənəd də xüsusi önəm kəsb edir.
Trend xəbər verir ki, bu sözləri bu gün Bakıda keçirilən Azərbaycan-Belarus biznes-forumu çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.
O bildirib ki, bu birja Belarus dövləti tərəfindən dövlət alımları və digər önəmli alımlar istiqamətində olan yeganə vahid bir platformadır:
"KOBİA vasitəsilə və AZPROMO-nun dəstəyi ilə biz düşünürük ki, şirkətlərimiz Barusda keçirilən tenderlərdə, böyük alımlarda iştirak edə biləcəklər. Bu, praktiki bir addımdır və ikitərəfli ticarət əlaqələrinin artımına böyük töhfə verəcək".