
Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumu çərçivəsində bir sıra sazişlər imzalanıb.
Reyting.az xəbər verir ki, forum zamanı Belarus Universal Əmtəə Birjası ilə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum, "Mostovdrev" və "Sosna" şirkətləri arasında məhsul tədarükünə dair üç müqavilə, "Kamvol" və "Smart Style" şirkətləri arasında məhsul tədarükünə dair müqavilə, "Spartak" və "AZNUR" şirkətləri arasında məhsul tədarükünə dair müqavilə, "Minsk Süd Zavodu №1" və "AZNUR" arasında əməkdaşlıq haqqında saziş, "Minsk Süd Zavodu №1" və "Araz Supermarket" arasında əməkdaşlıq haqqında saziş, "Mark Formel" və "N-Qrup" arasında niyyət sazişləri imzalanıb.
Tədbirdə həmçinin Azərbaycanda fəaliyyət göstərəcək birja brokerinə sertifikat təqdim edilib. "SAMA-ZT" MMC şirkəti artıq 2 ildir birjada fəaliyyət göstərir. Şirkət, Belarus taxta-şalban məhsullarının alınması üzrə uğurlu əməliyyat təcrübəsinə malikdir və indi Azərbaycanda birja ticarətində ölkə şirkətlərinin maraqlarını təmsil edəcək ilk birja brokeri olacaq.