AZ

İsrail AÇIQLADI: “Bu zonanı tərk etməyəcəyik” KONKRET

ain.az, Konkret.az saytına istinadən bildirir.

İsrail Müdafiə Qüvvələri münaqişənin həllinə dair istənilən razılaşmadan asılı olmayaraq, Qəzza zolağı ətrafında yaradılan təhlükəsizlik zonasını tərk etməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “KAN” dövlət televiziya və radio şirkəti hərbi mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, zona İsrail yaşayış məntəqələrinin müdafiəsi və HƏMAS-ın silah qaçaqmalçılığına qarşı mübarizə məqsədilə saxlanılacaq.

Bəyanat Nazirlər Kabinetinin Qəzzada əməliyyatın genişləndirilməsinə dair qərarından sonra verilib.

Qeyd edək ki, martın 1-də başa çatan atəşkəsin ardından tərəflər arasında döyüşlərə fasilə verilsə də, İsrail Qəzzaya zərbələri bərpa edib və bölgədə humanitar böhran dərinləşib.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr