ain.az bildirir, Milli.az portalına istinadən.
Seriallara çəkilən 11 yaşlı uşaq vəfat edib.
Milli.Az the sun-a istinadla xəbər verir ki, Braziliyalı 11 yaşlı uşaq aktrisa Milena Brandao 21 dəfə ürək tutması keçirərək dünyasını dəyişib.
Məlumata görə, San-Pauluda yerləşən Grajau Ümumi Xəstəxanasına güclü baş ağrıları ilə yerləşdirilən Milenaya beyin şişi diaqnozu qoyulub.
Onun anası Tays Brandao sosial şəbəkədə qızının vəfatını təsdiqləyərək "Sənin sevincli gülüşün hər kəsə yol göstərirdi, indi isə qəlbimdə əbədi yaşayacaqsan" sözləri ilə vida mesajı paylaşıb.
Milena Brandao Braziliyada yayımlanan "Romeo və Culyettanın Uşaqlığı" adlı serialda rol alıb və onun ölümü sosial şəbəkələrdə izləyicilərini kədərləndirib.
İsmayıl
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.