Azərbaycan sahibkarları Belarusda həyata keçirilən tenderlərdə iştirak edə biləcəklər.
FED.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İcraçı direktoru Yusif Abdullayev bu gün keçirilən Azərbaycan-Belarus Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, bununla bağlı bu gün İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Belarusun Universal Əmtəə Birjası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
O qeyd edib ki, Azərbaycan şirkətləri Belarusda keçirilən tenderlərdə iştirak edə biləcəklər. (Report)