AZ

Ronaldo sərxoş vəziyyətə düşdü, azarkeşlər etiraza qalxdılar  -  VİDEO

"Fenomen" Ronaldonun sahibi olduğu "Valyadolid" növbəti mövsüm Sequndada (İspaniya ikinci liqası) mübarizə aparacaq.

Ölkə.az Offsideplus.az-a istinadən xəbər verir ki, komanda ötən şənbə günü "Barselona" ilə matçda 1:2 hesabı ilə uduzub. Onlar tarixlərində ilk dəfə ardıcıl 8 oyunda məğlub olub.

Bu qarşılaşmadan sonra Ronaldonun bir məkandan sərxoş çıxarkən görüntüləri yayılıb. Bu hərəkət klubun azarkeşlərini daha da özündən çıxarıb. Onlar Braziliya yığmasının sabiq hücumçusundan narazıdırlar və klubun satılmağını istəyirlər. Azarkeşlər sosial şəbəkələrdə bu fikirləri yazıb:

"Valyadolid"imiz ölmür, öldürülür və satışsız keçən hər gün çuxur daha da dərinləşir".

Ronaldonun sərxoş olduğu anları sizə təqdim edirik:

Seçilən
0
2
olke.az

3Mənbələr