AZ

Avropa İttifaqından Britaniyaya sərt siqnal

Avropa

Avropa İttifaqı Böyük Britaniyaya cinayət və qeyri-qanuni miqrasiya ilə bağlı mühüm məlumat bazalarına çıxış hüququ verməmək qərarına gəlib. Bu barədə The Times qəzeti məlumatlı mənbələrə istinadən xəbər yayıb.Məlumata görə, Brüsselin bu qərarı Londonu məyus edib. Britaniya tərəfi bildirib ki, bu addım "xüsusilə qeyri-qanuni miqrasiya kimi sahələrdə əməkdaşlığı ciddi şəkildə çətinləşdirir".The Times qeyd edir ki, həmin məlumat bazalarına çıxış Britaniyaya sığınacaq üçün müraciətləri daha operativ şəkildə qiymətləndirməyə imkan verəcəkdi.Qeyd edək ki, mart ayının sonunda Böyük Britaniyanın, sığınacaq müraciəti rədd edilən miqrantların Balkan ölkələrinə deportasiyası imkanını araşdırdığı məlum olmuşdu. Bu çərçivədə Britaniya hökuməti Albaniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Şimali Makedoniya ilə deportasiya planlarını müzakirə etməyi planlaşdırır.Bununla belə, The Timesın mənbələrinin bildirdiyinə görə, London sığınacaq axtaranları Ruandaya göndərmək niyyətindən vaz keçib. Halbuki əvvəlki Britaniya hökuməti miqrantların bu Afrika ölkəsinə deportasiyasını ciddi şəkildə təşviq edirdi.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Hava Proqnozu 5 May 2025

Azərbaycan və Əfqanıstan arasında ətraf mühit üzrə əməkdaşlıq görüşü

Xalq artisti Fuad Poladovun anım günüdür - FOTO

Seçilən
0
ulusum.az

1Mənbələr