İranda aprelin 26-da Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində dəyən zərər təxminən 3-5 milyard dollar təşkil edib.bu barədə İranın Telekommunikasiya və İnformasiya Texnologiyaları nazirinin müavini Məhəmməd-Möhsən Sədr bildirib.
O qeyd edib ki, zərərin miqyasına baxmayaraq, ölkə müasir texnologiyaların köməyi ilə hadisənin nəticələrinin öhdəsindən gəlməyi planlaşdırır.
Şəhid Rəcai limanında partlayış kimyəvi maddələr anbarında baş verib. Partlayış güclü yanğına səbəb olub, nəticədə təxminən 70 nəfər həlak olub, daha 1,2 min nəfər xəsarət alıb.
İran hakimiyyəti partlayışlarda şübhəli bilinən iki nəfəri həbs edib