Polşanın baş naziri Donald Tuskun üzərinə tüstü bombası atılıb.
Publika.az xəbər verir ki, bu barədə "RMF 24" məlumat yayıb.
Hadisə mayın 5-də günorta saatlarında Nidelandın nasist işğalından azad edilməsinə həsr olunmuş anım tədbirləri zamanı baş verib.
Məlumata görə, izdihamdan kimsə nazirin yerləşdiyi səhnəyə tüstü bombası atıb. O, Tuskun ayaqları altına düşüb.