Bakı. Trend:
Gənc ailələrin məşğulluğu və ekoloji sahibkarlığın təşviqiməqsədilə həyata keçirilən “Gənc arıçı” layihəsi bu dəfə Xızırayonunda icra olunacaq. Layihə Heydər Əliyev Fondununvitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəriLeyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən ölkəmizinmüxtəlif bölgələrində uğurla reallaşdırılır.
IDEA İctimai Birliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, layihəyə cəlb olunacaq 20 gənc ailə əvvəlcə nəzəri vəpraktiki təlimlərdə iştirak edəcək. Təlimləri başa vurmuşiştirakçılar arı ailələri və pətəklər, arıçı geyimi, balsüzənaparat və digər zəruri avadanlıqlarla təmin olunacaqlar. Gəncarıçılara istehsalat prosesinin effektiv təşkili üçün zəruri şəraityaradılacaq, eyni zamanda, məhsulların sertifikatlaşdırılması,brendləşdirilməsi, dizaynı və satış strategiyalarının hazırlanmasısahəsində metodoloji və peşəkar dəstək göstəriləcək.
Qeyd edək ki, 2021-ci ildən etibarən IDEA İctimai Birliyinintəşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondu, DövlətMəşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı iləhəyata keçirilən “Gənc arıçı” layihəsi çərçivəsində ölkəninmüxtəlif regionlarında yaşayan 60-dan çox gənc ailəyə arıçılıqtəsərrüfatının qurulmasına dəstək göstərilib.
Layihənin məqsədi biomüxtəlifliyin əsas qoruyucularından biriolan arıların ölkə üzrə yayılma arealının genişləndirilməsi,arıçılığın ekosahibkarlıq forması kimi regionlarda təşviqi, ekolojicəhətdən təmiz kənd təsərrüfatı fəaliyyətlərinin dəstəklənməsi vəkeyfiyyətli təbii bal istehsalının artırılmasıdır. Eyni zamandalayihə, gənc ailələrin sosial rifahının yüksəldilməsinə və onlarındayanıqlı məşğulluğunun təmin olunmasına töhfə verməyihədəfləyir.
“Gənc arıçı” layihəsində iştirak etmək istəyən Xızı rayonundayaşayan 18-35 yaş arası gənclər mayın 18-dək müraciətlərini IDEAİctimai Birliyinin “1113” qaynar xətti və ya elektron poçt ünvanına([email protected]) göndərmələri və yaxud Dövlət MəşğulluqAgentliyinin Xızı rayon xidmət şöbəsinə yaxınlaşaraq qeydiyyatdankeçmələri xahiş olunur.
Müraciətlərin qiymətləndirilməsi zamanı iştirakçıların arıçılıqsahəsində bilik və təcrübəsi, sosial vəziyyəti, həmçinin arıçılıqtəsərrüfatının yerləşdirilməsi üçün müvafiq həyətyanı torpaqsahəsinin mövcudluğu əsas meyarlar kimi nəzərə alınacaq.