Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Son zamanlar sosial mediada yayımlanan şəkil və videoların hüquqi statusu müzakirə mövzusuna çevrilib. Bir şəxsin fotosu və ya videosu yalnız həmin insan tərəfindən açıq şəkildə sosial şəbəkədə paylaşılıbsa, o zaman üçüncü tərəf də onu yayımlaya bilər. Əgər bu görüntülər şəxs tərəfindən paylaşılmayıbsa və qapalı məkanlarda çəkilibsə, onların paylaşılması qanunsuz sayılır”.
Bu fikirləri hüquqşünas Tağı Hüseynov KONKRET.az-a açıqlamasında səsləndirib:
“Şəxsi həyatın toxunulmazlığı hüququ Azərbaycan qanunvericiliyi ilə qorunur. Bu hüququn pozulması məsuliyyət yaradır. Belə hallarda foto və videoların razılıqsız paylaşılması həm etik, həm də hüquqi baxımdan ciddi nəticələr doğura bilər. Bu əmələ görə 1000 manatdan 2000 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Eyni zamanda vətəndaş 240 saata qədər ictimai işlərə cəlb edilə və ya 1 ilədək islah işləri ilə cəzalandırıla bilər. Əgər bu qanun pozuntusu vəzifəli şəxs tərəfindən törədilərsə, cəza daha ağır olur. Əməl məsafədən idarə olunan aparatlarla, yəni dronlarla lentə alınıbsa, cəzanın ağırlığı daha da artır. Bu halda şəxs 3 ilədək müvafiq fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilə, həmçinin 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.”
Vəkil media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini diqqətli olmağa çağırır və şəxsi məxfiliyə hörmətlə yanaşmağın vacibliyini vurğulayır.
Aynurə İsmayıl
KONKRET.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.