AZ

Kəlbəcərin “İstisu”yu Belarusda satışa çıxarılacaq

“İstisu” mineral suyu yaxın zamanlarda Belarusda satışa çıxarılacaq.

Azərbaycanın “İstisu” mineral suyu yaxın zamanlarda Belarus bazarında satışa çıxarılacaq.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan–Belarus biznes forumunda məlumat verib.

O vurğulayıb ki, “İstisu” mineral suyunun Belarusa ixracı ilə bağlı müqavilə imzalanıb: “Məhsul laboratoriya sınaqları üçün göndərilib və biz tezliklə müntəzəm ixracın başlanacağına ümid edirik".

 

Seçilən
0
6
operativmedia.az

8Mənbələr