AZ

Hindistan mediasından iddia: Hindistan Çenab çayından Pakistana su axını kəsib

Hindistan Çenab çayı üzərindəki Bağlıhar bəndindən Pakistana su axınını dayandırıb.

Editor.az bu barədə Hindistan mediasına istinadla məlumat yayıb.

Bildirilib ki, 1960-cı ildə Cammu və Kəşmirdəki terror aktından sonra Pakistanla imzalanmış Hind Suları Müqaviləsini dayandıran Hindistandan yeni bir addım gəlib. Məsələ ilə bağlı Hindistan mətbuatında əks olunan iddialara görə, Hindistan, Çenab çayı üzərindəki Bağlihar bəndindən Pakistana su axını dayandırdığını bəyan edib.

Məlumatda Hindistanın Jelum çayı üzərindəki Kişanqanqa bəndindən su axını kəsməyi planlaşdırdığı da iddia edilib.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
0
editor.az

1Mənbələr