AZ

Olimpiya mükafatçısı Tokioda velosiped sürərkən ciddi xəsarət alıb

Yeni Zelandiyadan olan Olimpiya mükafatçısı, triatlonçu Hayden Uayld Tokioda velosiped sürərkən ciddi xəsarət alıb. SİA xəbər verir ki, idmançı bu barədə sosial şəbəkə hesabları vasitəsilə bildirib.

O, velosiped qəzası keçirdiyini, nəticədə dörd qabırğasının qırıldığını, çiynini sındırdığını və ağciyərlərində problem yarandığını söyləyib.

İdmançı mayın 3-də "Asics Tokyo Speed ​​​​Race"də 10 km məsafə üzrə yeddinci yeri tutub.

Qeyd edək ki, 27 yaşlı triatlonçu Yay Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı olub. Onun həmçinin dünya çempionatında bir gümüş və iki bürünc medalı da var.

Seçilən
0
3
sia.az

4Mənbələr