AZ

2025-ci ilin yanvar-mart aylarında Şəmkir rayonunda muzdla işləyənlərin sayı - Statistika » AzadMedia.az


Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2025-ci ilin yanvar-mart aylarında 15817 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 11500 nəfər (72,7 faiz), qeyri-dövlət sektorunda isə 4317 nəfər (27,3 faiz) təşkil etmişdir.

Muzdlu işçilərin 15,8 faizi məhsul istehsalı sahələrində, ondan 9,8 faizi sənaye (o cümlədən 0,2 faizi mədənçıxarma, 2,0 faizi emal, 3,6 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 4,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı) sahələrində, 1,4 faizi tikinti, 4,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olmuşdur.

Xidmət sahələrində çalışanların 37,9 faizi təhsil, 17,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,5 faizi peşə, elmi və texniki fəaliyyət, 1,1 faizi maliyyə və sığorta, 0,5 faizi informasiya və rabitə, 0,6 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 0,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışmışlar.



Şəmkir Rayon Statistika İdarəsinin rəisi Şikar Həsənov
Seçilən
0
1
azadmedia.az

2Mənbələr