AZ

Papanın avtomobili Qəzzada səyyar tibb məntəqəsi kimi istifadə ediləcək

 

Roma Papası Fransiskin istifadə etdiyi "Papamobil" avtomobili Qəzza zolağında uşaqların müalicəsi üçün səyyar tibb məntəqəsi kimi istifadə ediləcək.

Avtosfer.az-ın xəbərinə görə, bu barədə İtaliyanın "Corriere della Sera" qəzeti məlumat verib.

Qeyd olunub ki, ölümündən əvvəl pontifik özü bu barədə Yerusəlimdəki "Caritas" xeyriyyə təşkilatına bu bir istəklə müraciət edib. "Papamobil" artıq təhvil verilib və hazırda mütəxəssislər onun təchizatı ilə məşğuldurlar.

Qəzetin bildirdiyinə görə, avtomobil diaqnostika, analizlərin aparılması və müalicə üçün avadanlıqlarla təchiz olunacaq. Xüsusilə orada infeksiyaların aşkarlanması üçün ekspres-testlər, tikişlərin qoyulması üçün dəstlər, oksigen balonu, vaksinlər, həmçinin dərmanların saxlanması üçün soyuducu olacaq.

Qəzzaya humanitar dəhliz yenidən açıldığı zaman bu avtomobil uşaqlara ilkin tibbi yardım göstərməyə başlayacaq.(oxu.az)

Seçilən
0
avtosfer.az

1Mənbələr