Bakı. Trend:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti MehribanƏliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olanMərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaa iləgörüşüblər.
Trend xəbərverir ki, söhbət zamanı müxtəlif sahələrdə ikitərəfli əlaqələrininkişafından məmnunluq ifadə edilib, Azərbaycan və Mərakeş arasındatarixi, mədəni və dini yaxınlığa əsaslanan səmimi dostluq vəəməkdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanıb.
Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT və İslamƏməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığı qeydedilib.
Görüşdə digər istiqamətlərlə yanaşı, humanitar və mədənisahələrdə münasibətlərin genişləndirilməsi üçün böyük potensialınolduğu bildirilib. Bu xüsusda, Azərbaycan mədəniyyət günlərininMərakeşdə, Mərakeş mədəniyyət günlərinin isə ölkəmizdə keçirilməsiməmnunluqla xatırlanıb, həmin tədbirlərin xalqlarımızın zənginmədəniyyəti ilə qarşılıqlı şəkildə yaxından tanış olmasına genişimkan yaratdığı qeyd edilib.
Azərbaycanın mənzil-qərargahı Mərakeşdə yerləşən ISESCO iləəməkdaşlığına toxunulub, bu il Bakıda ISESCO-nun ölkəmizdə regionalofisinin yaradıldığı vurğulanıb. Ölkəmizin İslam həmrəyliyiningücləndirilməsi, müsəlman dövlətləri arasında təhsil, elm vəmədəniyyət sahələrində əməkdaşlığın inkişafına xüsusi əhəmiyyətverdiyi qeyd olunub.
Söhbət zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti LeylaƏliyevanın Mərakeşə səfəri və bu çərçivədə keçirilmiş görüşlərxatırlanıb. Həmin görüşlərdə Heydər Əliyev Fondunun sosial sahədəfəaliyyəti, uşaqlara qayğı ilə bağlı məsələlərin müzakirə edildiyivurğulanıb.
Xanım Şahzadə Lalla Hasnaanın ölkəmizə səfərinin onunAzərbaycanla daha yaxından tanış olması baxımından yaxşı imkanyaradacağına və əlaqələrimizin inkişafına töhfə verəcəyinəümidvarlıq ifadə olunub.