ABŞ-ın əvvəlki prezident Co Bayden dövründə təsdiqlənmiş qalan hərbi yardım paketləri Ukraynaya yalnız yaya qədər davam edəcək. ABŞ-ın hərbi dəstəyi məntiqi sonluğa çatır.
Herbiand.az bildirir ki, bu barədə The Telegraph nəşri yazıb.
Nəşr xatırladıb ki, hələ 2024-cü ilin əvvəlində Ukrayna hakimiyyəti Qərbin tədarükünün dayandırılmasına hazırlaşmağa başlayıb. İlin sonunda Kiyev təcili olaraq müstəqil silah almaq, inkişafı və istehsalına keçdi. Məhz o zaman Ukrayna kənardan dəstək olmadan yaşamaq üçün strategiya hazırlayıb və indi bu ssenari reallaşmağa yaxındır. Müəlliflər xatırladıblar ki, son hərbi yardım paketləri yaya qədər başa çatacaq.
Analitiklər hesab edirlər ki, Kiyev və Vaşinqton arasında təbii sərvətlərə dair son razılaşma Ukraynaya kömək edə bilər. Bununla belə, sənəddə silahlarla bağlı hər hansı təhlükəsizlik zəmanəti və ya öhdəlik yoxdur. Hətta Tramp administrasiyasının 50 milyon dollarlıq vədi də strateji dönüşdən daha çox simvolik bir addım kimi görünür.
The Telegraph hesab edir ki, Ukrayna ordusu təkcə ABŞ tərəfindən silahlandırıla bilməz. Məsələn, Qərbin onlarla müdafiə konsernləri Ukrayna ərazisində fəaliyyət göstərə bilər. Britaniyanın BAE Systems şirkəti artıq Ukraynada zirehli texnika və artilleriya qurğularının təmiri ilə məşğuldur. Almaniyanın Rheinmetall şirkəti isə Ukraynada tank və silahlara xidmət göstərən zavodu işə salmağa hazırlaşır.
Bəxtiyar CƏFƏRLİ