AZ

Bakıda işıqforlara LED işıqlandırma ilə təchiz olunan velosiped bölmələri quraşdırıldı


Bakıda işıqforlara yeni nəsil, LED işıqlandırma ilə təchiz olunan velosiped bölmələri quraşdırılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, paytaxtda velosipedçilərin rahatlığı və mikromobilliyin inkişafı daim diqqətdə saxlanılır.

"Bu məqsədlə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən 24 yolayrıcında olan işıqforlara 53 ədəd velosiped bölmələri quraşdırılıb.

Yeni nəsil, LED işıqlandırma ilə təchiz olunan bu işıqforlar velosipedçilərin yollarda daha təhlükəsiz hərəkət etməsinə imkan verir.

Bu istiqamətdə işlər davam etdirilir",- deyə əlavə edilib.

NAMİQ

Seçilən
0
27
baki-xeber.com

10Mənbələr