Uzun zamandır ayrılıq iddiaları yayılan bloger cütlük Nagehan Abdullayeva ilə Fərid Abdullayevin boşandığı üzə çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə Nagehan özü “Elgizlə izlə”də danışıb.
O bildirib ki, dost kimi ayrılıblar:
“Yoluna qoymadıq. Bu barədə danışmaq istəmirəm. Çünki ailəm danışmağımı istəmir. İndi birlikdə deyilik. İki uşağımız var, biri 6 yaşındadır, biri 3. Biz yollarımızı dost kimi ayırmışıq, öznüə çox hörmət edirəm. Doqquz il evli qalmışıq, indi dostumdur.
Altı aydır bu prosesdən keçirik, şəxsi həyatımın gündəmə gəlməyini, bununla anılmağı istəmirəm. İndi rəsmən boşanmışıq, təzəlikcə olub, 6 aydır birgə yaşamırıq. O, Kiprdə yaşayır, mən ailəmlə və uşaqlarımla... Aliment ödəyir, məhkəmə qərar verib. Xoşbəxt olmağını çox istəyərəm, ailə qursun, çox yaxşı insandır. İnsanlar dost kimi yaxşı yola gedə bilərlər, amma evlilikdə belə deyil.
İki uşağımız var, onlara görə davam etdirə bilmərik, çünki onlar evdəki gərginliyi hiss edirlər.
Çox yaxşı atadır, insandır və dostdur. Bunu danışmaq istəmirəm, sadəcə soruşdun deyə, cavab verdim.
Ona həmişə qapım açıqdır, iki övladımız var. İkimiz də tanınırıq, aramızda nə yaşansa da, bunu evdən çöldəkilər bilməməlidir. Uşaqlara bunu yansıtmamağa çalışırıq, deyirik ki, atanız işə getdi, gələcək.
Mən İstanbulda yaşayıram, Bakıya gedib-gəlirəm. Fərid olsa da, olmasa da, buranı ailə kimi qəbul edirəm. İşləməliyəm, alimentim gəlir deyə, yıxılıb yatmıram. Qayınanamla da, danışıram, o da gedib-gəlir, Fərid də. Mən heç nə istəməmişəm, heç aliment də. Sadəcə məhkəmə qərar verdi”.
Sara, Bizim.Media