Bakı, 5 may, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Xudafərin BHOS” komandası Şimali Kipr Türk Cümhuriyyətində keçirilən “TEKNOFEST-2025”də lll yerə layiq görülüb.
BANM-dən AZƏRTAC-a bildirilib ki, komanda Tədqiqat layihələri – ətraf mühit və enerji kateqoriyası üzrə bürünc medal əldə edib.
Komandanın üzvləri kimya mühəndisliyi ixtisasının lV kurs tələbələri Elnur İslamov, Elnur Məmmədov, Nihad Səfərli, Nəzrin Əfəndiyeva və İlham Kərimlidir. Elmi rəhbəri isə BANM-in Kimya kafedrasının müəllimi Aysel Məmmədovadır.