6 və 7 may tarixlərində Yer kürəsində güclü geomaqnit aktivlik müşahidə olunacaq.
Mayın 6-da G2 səviyyəsində maqnit qasırğası (K-indeksi 6) qeydə alınacaq. Bu qasırğa meteohəssas insanlar üçün narahatlıq, texnoloji sistemlərdə isə qismən nasazlıqlar yarada bilər.
Mayın 7-də isə maqnit qasırğasının gücü daha da artacaq və pik saatlarda G3 səviyyəsinə (K-indeksi 7-8) çatacağı gözlənilir. Belə hava şəraitində bəzi peyk sistemlərində və rabitə vasitələrində fasilələr mümkündür.
Meteohəssas insanlara bu günlərdə istirahət rejiminə riayət etmək, emosional və fiziki yüklənmədən uzaq durmaq tövsiyə olunur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta