Tayvanın şərq sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.
"Cebheinfo.az" xəbər verir ki, Tayvanın meteoroloji bürosu bazar ertəsi adanın şərq sahillərində dənizdə 5,9 bal gücündə zəlzələnin baş verdiyini bildirib.
Hələlik dağıntılar barədə məlumat verilməyib.
Zəlzələ paytaxt Taybeydə qısa müddətə binaları silkələdi.
Meteorologiya idarəsi sahildən təxminən 30 km aralıda baş verən zəlzələnin 6,6 km dərinlikdə olduğunu bildirib.
Tayvan iki tektonik plitənin qovşağında yerləşir. Adanın tikinti şirkətləri zəlzələyə meyilli coğrafiyasına görə ehtiyat tədbirləri görür.
Xatırladaq ki, 2016-cı ildə Tayvanın cənubunda baş verən zəlzələdə 100-dən çox insan, 1999-cu ildə baş verən 7.3 bal gücündə zəlzələdə isə 2000-dən çox insan həyatını itirmişdi.