AZ

Yüksək sürət və sərt manevr ağır qəzaya səbəb oldu; sürücü öldü, 3 yaralı var - FOTO

Dünən Xaçmaz rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı məlumat yaymışdıq.

Avtosfer.az xəbər verir ki, qəza ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. Paylaşımda şöbə rəisi sürücülərə xəbərdarlıq edib:

-Sükan arxasında yalnız özünüzün deyil, ailənizin də taleyinə cavabdehsiniz.

-Səfərə çıxmazdan əvvəl mütləq istirahət edin, avtomobilin texniki vəziyyətini yoxlayın.

-Sürətə yox, təhlükəsizliyə üstünlük verin.

-Uşaqlar üçün təhlükəsizlik kəməri həyat qədər vacibdir.

Bir ailəni yol deyil, ehtiyatsızlıq məhv etdi. Sizin ailəniz növbəti olmasın”.

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki, 04.05.2025-ci il saat 17:40 radələrində Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər  (3-ü kişi, 1-i qadın cinsli olmaqla) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

“Hazırda xəsarət alan 1965-ci il təvəllüdlü (qadın cinsli), 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxslərə zəruri tibbi yardım göstərilir və onların müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

 

1962-ci il təvəllüdlü (kişi cinsli) şəxs Qusar rayonunda yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunub.

Göstərilən bütün reanimasiya tədbirlərinə baxmayaraq 1984-cü il təvəllüdlü (kişi cinsli) şəxsin 19:20 radələrində ölüm faktı qeydə alınıb”.

Səfər

Seçilən
0
avtosfer.az

1Mənbələr