AZ

Məşhur müğənni qızına: "Danışsan, səni silərəm"

Məşhur müğənni qızına: "Danışsan, səni silərəm"Türkiyədə bir dövrün ən güclü səslərindən olan Karaböcek bacıları arasındakı səssiz savaş uzun illərdən sonra yenidən gündəmə gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Neşe Karaböcek dövrün məşhur prodüserlərindən olan Atilla Alpsakarya ilə evli olub. Bu evlilik musiqi dünyasının həsəd apardığı münasibətlərdən idi. Ta ki evliliklərinin son dönüş nöqtəsində şok edici həqiqətlə qarşılaşana qədər. Belə ki, Neşe Karaböcek bir müddət sonra aldadıldığını öyrənib. Amma məsələ təkcə aldatma məsələsi deyildi... Ona xəyanət edən öz əri və bacısı Gülden Karaböcek idi. Bu hadisədən sonra Neşe və Atilla ayrıldı.

Ayrılıqdan az sonra Gülden Karaböcek bacısının keçmiş əri Atilla Alpsakarya ilə ailə həyatı qurub. Bacısının keçmiş əri indi də onun əri idi. Bu evlilik qısa ömürlü olsa da, geridə bir oğlu qaldı. Və illər boyu açıqlanmayan bir sirr: Qara Böcək Ailəsini parçalayan sevgi gizli qaldı. Lakin hekayə bununla bitmədi.

İlər sonra Gülden Karaböcekin ikinci evliliyindən olan qızı Düzgit hadisə ilə bağlı verilən suallara cavab vermək istəyib. Lakin anası: "danışsan, səni silərəm" deyərək qızının efirə çıxmasına mane olub.

Seçilən
0
sonxeber.az

1Mənbələr