Beynəlxalq Olimpiya Komitəsi (BOK) amerikalı üzgüçü Qeri Hollun yanğın zamanı itirdiyi 10 ədəd olimpiada medalını bərpa edib.
"Report" xəbər verir ki, mükafalar idmançıya BOK-un İsveçrənin Lozanna şəhərindəki mənzil-qərargahında qurum rəhbəri Tomas Bax tərəfindən təqdim olunub.
İdmançı yanvarda Kaliforniyada güclü yanğınlar zamanı evini, medallarını və bir çox şəxsi əşyalarını itirib.
Qeyd edək ki, Q.Holl beşqat Olimpiya çempionu və üçqat dünya çempionudur. 1996-cı ildə Atlantada (ABŞ) və 2000-ci ildə Sidneydə (Avstraliya) keçirilən olimpiadada iki qızıl medal, 2004-cü ildə Afinada (Yunanıstan) baş tutan analoji yarışda isə daha bir qızıl medal əldə edib.