AZ

Nazarbayevin birinci arvadı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin ilk həyat yoldaşı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, bu barədə Qazaxıstanın “Orda” portalı məlumat yayıb. 

Məlumatda bildirilib ki, Sara Nazarbayeva Almatıda Prezident İşlər İdarəsinin tibb mərkəzinə – daha çox “Sovminka” kimi tanınan xəstəxanaya yerləşdirilib. Hazırda onun yanında yaxın qohumları da var.

Sara Nazarbayeva hansı xəstəlikdən əziyyət çəkdiyi isə dəqiq bilinmir və araşdırılır.

Almatı İctimai Şurasının üzvü Rafael Qasanov da Sara Nazarbayeva haqqında yayılan məlumatı Facebook səhifəsində təsdiqləyib.

84 yaşlı Sara Nazarbayeva 1962-ci ildən Nursultan Nazarbayevlə evli olub. Bəzi mənbələrə görə, cütlük hazırda rəsmi şəkildə ayrılıb. Nazarbayev isə xatirələrində ikinci həyat yoldaşının olduğunu etiraf edib.


Məryəm İlhamqızı

Seçilən
0
news24.az

1Mənbələr