AZ

Cüdoçularımız dünya reytinqində irəliləyiblər

Beynəlxalq Cüdo Federasiyası (IJF) dünya reytinqini yeniləyib.

Apasport.az xəbər verir ki, Düşənbədə (Tacikistan) keçirilən Böyük Dəbilqənin qalibi Elcan Hacıyev (90 kq) 6 pillə irəliləyərək 4-cü yerdə qərarlaşıb.

Onun komanda yoldaşı və finaldakı rəqibi Vüqar Talıbov isə 9 xalla 12-ci pilləyə yüksəlib.

Böyük Dəbilqənin digər çempionu, əvvəllər dünya reytinqində 18-ci yeri tutan Balabəy Ağayev (60 kq) 12-ci yerədək irəliləyib.

Yarışın gümüş mükafatçısı Camal Qamzatxanov (+100 kq) isə 13 pillə yüksələrək 28-ci yerdə qərarlaşıb.

Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) liderliklərini qoruyublar.

Hidayət Heydərov ustad dərsi keçir

“Böyük Dəbilqə”: 3 cüdoçumuz finalda

Qubada cüdo üzrə Avropa kubokuna bu gün yekun vurulacaq

Təmsilçilərimiz Avropa Kubokunun ilk günündə 3 medal qazanıb

İlk gündə 12 medal

Seçilən
0
1
apasport.az

2Mənbələr