Beynəlxalq təşkilatlarda Azərbaycan üçün kvotasının artırılması nəzərdə tutulur. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Fərmanında təsdiq edilən XİN haqqında Əsasnamədə deyilib.
Fərmanda Nazirliyin vəzifələri içərisində qeyd olunub ki, Azərbaycanın üzv və ya müşahidəçi olduğu beynəlxalq təşkilatların orqanlarında, bölmələrində və nümayəndəliklərində (bundan sonra – beynəlxalq təşkilatların orqanları) müvafiq vəzifələr üzrə Azərbaycana kvota ayrılması və ya ayrılmış kvotanın artırılması, həmçinin Azərbaycanın üzv və ya müşahidəçi olduğu, eləcə də əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların orqanlarında müvafiq vəzifələrin Azərbaycan vətəndaşları tərəfindən tutulması istiqamətində iş aparılmalıdır.