Bu ilin yanvar-aprel aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 27 milyard 125,237 milyon manat təşkil edib...
Poliqon BFB-yə istinadən xəbər verir ki, bu, ötən lin eyni dövrünə nisbətən 2,4 dəfə çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,2 dəfə artaraq 9 694 olub.
BFB-nin dövriyyəsinin 83,8 %-i və yaxud 22 milyard 728,231 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 3 dəfə çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 16,5 % artaraq 3 milyard 272,348 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 68,1 % artaraq 1 milyard 124,657 milyon manat olub.
Poliqon.info