Tramp bildirib ki, o, Çinə tətbiq etdiyi tarifləri azaltmağa hazırdır. Çünki mövcud tariflər (145%-ə qədər) ölkələr arasında ticarəti faktiki olaraq dayandırıb.
Sitat.info bu barədə Bloomberg-ə istinadən məlumat verir.
O, Çinin iqtisadi problemlərinə - istehsalın azalması və ixrac sifarişlərinin azalmasına diqqət çəkib və Pekinin son bəyanatlarını "müsbət" adlandırıb.
Eyni zamanda Tramp vurğulayıb ki, istənilən ticarət sazişi “ədalətli” olmalıdır.
Aytac,
Sitat.info