Prezident İlham Əliyev "Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, diplomatik korrespondensiyanın daşınması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.
Dövlət başçısı sözügedən sənədlə bağlı fərman da imzalayıb.