Bəzi insanlar üçün yalan bir müdafiə vasitəsi, bəziləri üçünsə sadəcə vəziyyətdən çıxış yoludur. Astroloqlar isə bu davranışın insanın xarakteri ilə yanaşı, mənsub olduğu bürclə də əlaqəli ola biləcəyini iddia edirlər. Sosial mediada geniş rezonans doğuran bir araşdırmada ən çox yalan danışdığı düşünülən dörd bürc önə çəkilib. Bu bürclər arasında elələri var ki, manipulyasiya bacarığı ilə seçilir, bəziləri isə vəziyyəti yumşaltmaq üçün həqiqəti dəyişməyə üstünlük verir.
KONKRET.az yenisabah-a istinadən həmin bürcləri təqdim edir:
Əkizlər bürcü zəkası, hazırcavablığı və sürətli düşünmə qabiliyyəti ilə seçilir. Bu bürc nümayəndələri vəziyyətdən çıxmaq və ya qarşı tərəfi razı salmaq üçün tez-tez sözlərini dəyişə bilər. Sosial mediada bu xüsusiyyətləri tez-tez tənqid olunsa da, bəzi insanlar onların pis niyyətli deyil, sadəcə çox danışqan olduqlarını bildirir.
Əqrəb bürcü isə daha çox gizlilik və strateji düşüncə ilə tanınır. Bu bürc nümayəndələri duyğularını gizlətməyi və hadisələri öz lehinə çevirməyi bacarır. Astroloqlar onların açıq şəkildə yalan danışmaqdan çox, həqiqəti gizlətməyə və idarə etməyə meyilli olduqlarını deyirlər.
Tərəzi bürcü balans yaratmaq və qarşıdurmalardan qaçmaq üçün çalışır. Buna görə də, onlar münaqişədən yayınmaq üçün bəzi hallarda həqiqəti yumşaldaraq danışa bilirlər. Tərəzilər birbaşa yalan danışmasalar da, diplomatik şəkildə vəziyyəti idarə etməyə çalışırlar.
Oğlaq bürcü isə məqsəd və uğura yönəlmiş xarakterləri ilə tanınır. Onlar bəzi hallarda gerçəkləri gizlətmək və ya dəyişmək vasitəsilə qarşıya qoyduqları hədəflərə çatmağa çalışa bilərlər. Bu xüsusiyyətlərinə görə onlara “hesablı yalançı” deyilir.