AZ

“İnter”in fanatı “Atalanta”nın azarkeşini bıçaqlayıb öldürdü

İtaliya futbolunda faciəvi hadisə baş verib – “Atalanta”nın bir azarkeşi “İnter”in tərəfdarları ilə dava-dalaş nəticəsində öldürülüb.

Arena.az bu barədə “La Gazetta dello Sport” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, faciə mayın 4-də, bazar günü Berqamoda baş verib. Qatil 19 yaşlı italyan Yakopo De Simone olub. Gənc azarkeş yaşına yaraşmayan qəddarlıqla Klaris adlı 26 yaşlı həmvətənini bir neçə dəfə bıçaqlayaraq öldürüb. Hüquq-mühafizə orqanları qatili həbs ediblər, hadisə ilə bağlı təhqiqat aparılır.

35 turdan sonra İtaliya A Seriyasının yarış cədvəlinə 77 xalla “Napoli” başçılıq edir. “İnter” 74 xalla 2-ci, “Atalanta” 68 xalla 3-cü pillədə yer alıb.

Seçilən
0
arena.az

1Mənbələr