AZ

"Trendyol" və "PASHA Holding" genişmiqyaslı ağacəkmə kampaniyasına başladı

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri Trendyol “PAŞA Holding” MMC ilə birlikdə genişmiqyaslı ağacəkmə kampaniyasına başlayıb.

Bu təşəbbüs şirkətlərin iqlim dəyişikliyinin təsirlərinin azaldılması və ətraf mühitin qorunması istiqamətindəki fəaliyyətinin davamıdır. Kampaniya çərçivəsində il ərzində ölkənin müxtəlif yerlərində meşə və yaşıllıqların artırılmasına töhfə veriləcək.

"EcoHub" Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin icraçı tərəfdaşlığı ilə ümumilikdə, 10 hektardan çox ərazidə 12.500 ədəd ağacın əkilməsi planlaşdırılır.

Kampaniyanın ilkin mərhələsində Göygöl rayonu və Bakının Müşfiqabad qəsəbəsində 5500 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Növbəti ağacəkmə mövsümündə isə Lənkəran-Astara, Şəki-Zaqatala və Quba-Xaçmaz bölgələrində yeni yaşıllıq sahələrinin salınması nəzərdə tutulur.

Ətraf mühitə, təbiətə və cəmiyyətə töhfə verməyi əsas prioritetlərindən hesab edən Türkiyənin dayanıqlılıq üzrə yol xəritəsi və fəaliyyət planına malik ilk e-ticarət şirkəti Trendyol, fəaliyyət göstərdiyi ölkələrdə “Birlikdə Transformasiya” şüarı altında təşəbbüsləri dəstəkləyir. Şirkət daha yaşıl, ədalətli və rəqəmsal gələcək qurmaq üçün fəaliyyətini davam etdirir və müxtəlif sahələrdə müsbət dəyişikliklərə imza atır.

Seçilən
0
8
publika.az

9Mənbələr