AZ

5-6 may türk dünyasında Xıdırəlləzbayramıdır – Möcüzə günün tarixi




Hər il may ayına təsadüf edən Xizır Nəbi-Xızır İlyas bayramı Azərbaycanda da qədimdən qeyd edilib.


“Medicina” xəbər verir ki, dini anlamlı olsa da, bu bayram daha çox torpaq, təbiət, fəsil, bərəkətlə bağlıdır. Bir çox xalqlarda may bayramları kimi qeyd edilən bərəkət bayramının bir gorması Xızır Nəbi bayramı Azərbaycanda çillələr vaxtı yəni Novruzdan öncə keçirilərdi.

Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur. Xızır peyğəmbər diri peyğəmbər hesab edilir, darda qalan insanlara kömək edir, onu hündür boy, yaşıl əbalı və yaşıl əmmaməli təsəvvür edirlər.


Dini rəvayətə görə, Xızır Peyğəmbərlə İlyas peyğəmbər bir-birindən ayrılır. Onlar yalnız ildə 1 dəfə bir dənizin kənarında görüşür.

Azərbaycanda Xızı ərazisində olan Beşbarmaq dağı onların görüş yeri, Xızır peyğəmbərin qeyb olduğu və ya məskən saldığı yer kimi təqdim olunur.

Bu bayram Azərbaycanda Xızır Nəbi bayramı, İranda Əhli-haqq zümrələri arasında Zati Mutlaq (Ali) şərəfinə Əli-Heydər adıyla, Təbriz ətrafındakı Qızılbaşlar zümrəsində isə yenə də Xızır Nəbi bayramı adı ilə tanınır.


Bu gün buğda cücərdilər, buğda qovrular,tarladan toplanan çiçəkləri qaynadaraq suyundan içmək xəstələrə şəfa sayılır.

Bu sudan 40 gün boyunca günəş çıxmamışdan əvvəl gözə sürtmənin gənclik, gözəllik və uzunömürlülük verəcəyinə inanırlar. Bundan başqa çəmənlikdən toplanan yeyilə bilən otlarla çörək və bazlamaların bişirilməsinin də dərdə dəva olduğuna, Xıdırelləz gecəsində bütün sulara nur yayıldığı üçün bu gecə suya girənlərin xəstəliyinin aradan qalxacağına inanılır.

Bu günlər dualar etmək, niyyət etmək, çimmək, eləcə də ağac, gül əkmək, axar suya dərdini danışmaq, Xızır İlyas duaları oxumaq uyğundur.

Aygün Musayeva


Seçilən
0
medicina.az

1Mənbələr