AZ

İş rejimi dəyişir: Maaşlar artacaq?

Maraqlıdır, saatlıq iş rejimi hazırda Azərbaycanın əmək bazarına nə dərəcədə uyğundur? Bu sistem maaşlara və ümumilikdə işçilərin gəlirlərinə necə təsir edə bilər? Məsələni dəyərləndirən  Ajans.az- a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, saatlıq iş rejiminin tətbiqi müsbət addımdır: ‘’Çünki əmək münasibətləri dəyişir və tam ştatda işləməmək halları getdikcə artır. Belə bir şəraitdə saatlıq iş rejiminin minimum standartlara uyğunlaşdırılması vergi nəzarətini və Əmək Müfəttişliyi tərəfindən monitorinqi gücləndirə bilər.
Bununla belə, burada söhbət minimum əməkhaqqından gedir. Azərbaycanda sonuncu dəfə minimum əməkhaqqı 16 faiz artırılaraq 350 manatdan 400 manata qaldırılıb. Lakin saatlıq əməkhaqqı sisteminə keçid əməkhaqqının artması demək deyil. Əməkhaqqının artırılması bazar tələbatına uyğun olmalıdır. Yəni, işçinin əməyinə ehtiyac yaranmalı və daha çox işçi qüvvəsi cəlb olunmalıdır. Bu zaman bazarda işçinin dəyəri yüksələcək. Bu, pomidor və ya tərəvəzin qiymətinin bazarda təklif və tələbin balansına əsasən formalaşmasına bənzəyir’’. Ekspert vurğulayıb ki, işçiyə tələbat artmadan əməkhaqqı yüksəlməyəcək: ‘’Saatlıq iş rejiminin tətbiqi üçün hazırda müəyyən şərait mövcuddur. Bu, xüsusilə qeyri-rəsmi çalışan və standart əmək münasibətlərinə malik olmayan şəxslərin əməkhaqlarının tənzimlənməsi baxımından vacibdir və onlara ciddi təsir göstərə bilər. Lakin stabil əməkhaqqı alan şəxslərin saatlıq rejimə keçməsi onların gəlirinə ciddi təsir etməyəcək.

Ən çox təsir isə hazırda minimum əməkhaqqı — yəni 400 manat alanlara və aylıq işləməyən, həftədə bir neçə dəfə işləyən əməkdaşlara olacaq. Onların əmək müqavilələri və əməkhaqqı mexanizmləri bu dəyişiklikdən təsirlənə bilər’’.

Seçilən
0
Ajans.az

1Mənbələr