AZ

“Avropa liderləri Putinə zəng etməyimi xahiş ediblər”- Tramp

“Avropa liderləri məndən Rusiya Prezidenti Vladimir Putinə zəng etməyimi xahiş ediblər”.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC” telekanalına müsahibəsi zamanı məlumat verib.

O bildirib ki, Rusiya bütün Ukrayna ərazisini işğal etmək planlarından əl çəkməlidir.

"Və mən olmasaydım, onlar Ukraynanın işğalına davam edərdilər. Bilirsinizmi ki, Avropa İttifaqı liderləri məndən dəfələrlə Putinə zəng etməyi xahiş ediblər? Çünki Rusiya Prezidenti onların zənglərinə cavab vermir", - deyə Tramp vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
0
missiya.az

1Mənbələr