AZ

Diqqət! “Bolt” sizdən əlavə pul tutur – İZAH

“Bolt” taksi şirkəti müştərilərin cibinə girmək üçün təzə metod tapıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Bolt”dan tez-tez istifadə edən Tacəddin Poladzadə bildirib. O qeyd edib ki, sifariş verib təsdiq edəndən sonra sizə göstərilən qiymət mənzil başına çatanda 2 dəfə artıq göstərir:
“Sürücü bir rəqəm deyir, sən də sürücüyə and-aman edirsən ki, vallah, mən sifarişi vuranda bu qiymətin yarısı idi.
Sürücülərdə təbii ki, günah yoxdu. Günah bu sistemi düzüb qoşmaqda şəxsən məsuliyyət daşıyan” Bolt” taksi xidmətinin Azərbaycandakı rəhbərliyinin üzərinə düşür.
Müştəri xidmətləri bərbad vəziyyətdə. Yazırsan, saatlarla gözlədirlər. Mən hələ belə fırıldaq görməmişəm digər taksi şirkətlərində. “Bolt”da bu artıq neçənci dəfədir başıma gəlir. Bir sözlə, “Bolt” taksi xidmətinə bir quş!”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul



Seçilən
0
1
yenilik.az

2Mənbələr