AZ

Macarıstanda fövqəladə vəziyyət daha altı ay müddətinə uzadılıb

Budapeşt, 5 may, AZƏRTAC

Macarıstan qanunverici orqanı bu gün keçirdiyi iclasında fövqəladə vəziyyətin daha altı ay uzadılması barədə qərar qəbul edib. Fakt bundan ibarətdir ki, Ukraynadakı müharibə və humanitar fəlakət, habelə onların qaçqınlar, iqtisadiyyat və enerji problemləri baxımından Macarıstan üçün nəticələri bütün ölkə ərazisini əhatə edən fövqəladə vəziyyətin elan edilməsi üçün əsasdır.

Konstitusiyaya görə, fövqəladə vəziyyətin tətbiqinə haqq qazandıran şərtlər artıq mövcud deyilsə, hökumət fövqəladə vəziyyətə son qoymalıdır.

AZƏRTAC xəbər verir ki, buna əsaslanaraq, bu gün deputatların əksəriyyəti bu rejimin daha 180 gün, yəni mayın 18-dən noyabrın 14-dək uzadılması qərarına səs verib: “Ukraynada baş verən silahlı münaqişə və humanitar fəlakət, habelə onların Macarıstandakı nəticələri son dövr ərzində dəyişmədiyindən, fövqəladə vəziyyətin uzadılması düzgün hesab edilir”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Seçilən
0
azertag.az

1Mənbələr