“Moskvadan ən yüksək səviyyələrdə Ermənistan hakimiyyətinə qarşı çoxsaylı ittihamlar səslənir, lakin biz Rusiyanın xarici işlər nazirinin və Federasiya Şurasının rəhbərinin ölkəyə səfərinə hazırlaşırıq”.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə müsahibəsi zamanı məlumat verib.
Onun sözlərinə görə, səfər iyunun 5-6-da baş tutacaq.
Daşqın HəsənovMissiya.Az