AZ

Qubada avtomobil maneəyə çırpılıb, sərnişin ölüb

Qubada avtomobil yolun kənarındakı maneəyə çırpılıb, nəticədə sərnişin həyatını itirib, sürücü isə xəsarət alıb. Hadisə Quba şəhəri, Heydər Əliyev prospektində baş verib. 21 yaşlı Heydər İbrahimov idarə etdiyi avtomobillə hərəkət edərkən idarəetməni itirib və avtomobil yolun kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində sürücü "açıq kəllə-beyin travması və sol körpücük sümüyünün sınığı" xəsarətləri alıb. Avtomobildə olan sərnişin – Beylaqan rayon sakini 25 yaşlı Yusif Yusifli aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Seçilən
0
news365.az

1Mənbələr