AZ

Elman Nəsirov Həştərxandan foto PAYLAŞDI

Milli vəkili Elman Nəsirov Rusiyanın Həştərxan şəhərində yerləşən ulu öndər Heydər Əliyevin adını daşıyan parkdan şəkil paylaşıb. Fotoda Abşeron icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev və daha bir rəsmi şəxs yer alıb. 

Redaktor.az xəbər verir ki, E.Nəsirov paylaşımı zamanı "Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda dahi müasirimizin abidəsi önünə gül dəstələri qoyduq" sözlərini yazıb. 

Qeyd edək ki, dünən  Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanıb. Nümayəndə heyətinin tərkibində yer alan deputat Azər Badamova isə Rusiya hava limanında ölkəyə girişinə icazə verilməyib və o, Azərbaycana qayıdıb. 

Vasif ƏLİHÜSEYN

2
Seçilən
0
redaktor.az

1Mənbələr