AZ

Məşhur marketlər şəbəkəsi bağlanır

Azərbaycanın rayonlarında və kəndlərində fəaliyyət göstərən "Al" Marketlər şəbəkəsinin dükanları bağlanır.
Bolgə.tv xəbər verir ki, bu barədə Gündəm.info.az saytı məllumat yayıb.
Bildirilib ki, son günlər Saatlı, İmişli və Sabirabad rayonlardakı "Al" Marketlər bağlanır.
Sayt yazır ki, "Al" Marketlərin bağlanması haqqında qərar verilib. Buna səbəb kimi isə bu şəbəkə marketləriniun yetərincə rentabelli olmaması göstərilib.
Qeyd edək ki, "Al" Marketlər şəbəkəsinin sahibi Burhan Sevahil daha əvvəl Türkiyənin tanınmış supermarketlərində rəhbər vəzifələrdə çalışıb. Al Market MMC isə 2018-ci ilin sentyabr ayında qeydiyyatdan keçib və nizamnamə kapitalı 3 milyon 488 min 321 manat olub. Qanuni təmsilçisi Adəm Tansel Tuzcudur.
"Al" market supermarketləri müvafiq olaraq Bazarstore MMC və Al Market MMC-yə məxsusdur və bu şirkətlərin də ölkənin aparıcı holdinqlərindən olan “Azərsun Holdinq”ə bağlı olduğu bildirilir
Seçilən
0
13
bolge.tv

10Mənbələr