BAKI, 5 may. TELEQRAF
Bu ilin yanvar-mart aylarında Azərbaycanın Macarıstan ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 11,6% artaraq 14,5 milyon dolları üstələyib.
Azərbaycandan Macarıstana ixrac 1,1 milyon dollar (36,2% artım), Macarıstandan Azərbaycana idxal isə 13,4 milyon dollar (10% artım) olub.
Cari ilin ilk rübünün nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Macarıstan ilə ticarətin payı 0,12% təşkil edib.