Avropa İttifaqı (Aİ) Rusiya qazının idxalını qadağan etməyə hazırlaşır.
İndex.az xəbər verir ki, Aİ 2027-ci ilin sonuna qədər Rusiya qazının idxalını qadağan edən tədbirləri özündə əks etdirən qanunvericilik təklifi hazırlayır.
Qlobal bazara çıxması gözlənilən böyük həcmdə LNG-ni nəzərə alaraq, Rusiya qazından mərhələli şəkildə imtina planının qiymətlərə və enerji təhlükəsizliyinə məhdud təsir göstərəcəyi gözlənilir.