AZ

Putinin Kremlindəki mətbəxindən görüntülər yayımlandı – VİDEO

Rusiya Prezidenti Vladimir Putinin Kremlindəki mətbəxindən görüntülər paylaşılıb.

Tribunainfo.az xəbər verir ki, Kadrlar “Rusiya. Kreml. Putin. 25 il” adlı sənədli film üçün verilən müsahibədən götürülüb və “VGTRK” jurnalisti Pavel Zarubin tərəfindən “Telegram” kanalında yayımlanıb.

Kadrlarda Putin soyuducudan kefir çıxarır, bufetdən isə ağ fincanlar götürür. Eyni zamanda Prezidentin stolunun üzərində bananlar, bal, müxtəlif souslar, ədviyyatlar və kağız salfetlər yer alıb.

Müsahibə zamanı dövlət başçısı şəxsi həyatına dair bəzi detalları da bölüşüb. Onun sözlərinə görə, adətən zəngli saatdan istifadə etmədən oyanır. Lakin təcili məsələlər yarandıqda, onu köməkçiləri zənglə oyadırlar.

Bundan əvvəl mətbuatda Putinin mənzilində kitabxana, iki yataq otağı və kiçik bir ev kilsəsinin olduğu bildirilmişdi. Jurnalistlərin obyektivinə imperator III Aleksandrın portreti də düşüb.

“AzPolitika.info”

Seçilən
0
tribunainfo.az

1Mənbələr