Türkiyəli aktrisa Meltem Miraloğlu ABŞ-də hücuma məruz qalıb.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı "TGRT Haber" məlumat yayıb.
Bildirilib ki, özündən 40 yaş böyük olan 78 yaşlı Cozef adlı amerikalı iş adamı ilə evlənmək qərarına gələn aktrisaya pərəstişkarı hücum edib.
Hücum nəticəsində Miraloğlunun qabırğası sınıb və ağciyəri zədələnib. Hazırda aktrisanın müalicəsi xəstəxanada davam edir.
Xatırladaq ki, "Həyat davam edir" serialında "uşaq gəlin" obrazı ilə məşhurlaşan aktrisa daha sonra ABŞ-də 81 yaşlı Patriklə ailə qurduğuna görə müzakirə olunmuşdu.