“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Cənubi Azərbaycan klubu “Traktor”u çempionluq münasibətilə təbrik edib.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə təcrübəli mütəxəssis “Sumqayıt” oyunu sonrası keçirilən mətbuat konfransında danışıb:
“Traktor”u ilk çempionluğu münasibətilə təbrik edirəm. Bu barədə hər hansı fikir bildirə bilməyəcəm. Böyük uğur əldə ediblər. Onlarla yoldaşlıq oyunu keçirsək, çox şad olaram. Yəqin ki, nə vaxtsa hər iki klubun rəhbərliyi bu barədə müzakirələr aparar. Biz də sevə-sevə oynamağa hazırıq”.