AZ

“Azərişıq”da maraqlı təyinat: Nöqsana görə işdən çıxarılan şəxsə daha yüksək vəzifə verildi



“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Naxçıvan nümayəndəliyinin rəhbəri vəzifəsində təyinat olub.

Newscenter.az Pravda.az-a istinadla xəbər verir ki, ASC-nin sədri Vüqar Əhmədov müvafiq əmr imzalayıb.

Əmrlə bu vəzifəyə Nemət Qasımov təyin edilib.

Qeyd edək ki, N.Qasımov əvvəllər Xırdalan Elektrik Şəbəkəsinin rəisi olub. Həmin vəzifədən nöqsanlara görə azad edilib.
Seçilən
0
2
newscenter.az

3Mənbələr